"Legiya" Mahir Emreliyə görə hücumçusunu göndərdi

Hazırda oxunan: "Legiya" Mahir Emreliyə görə hücumçusunu göndərdi

35273

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" gənc hücumçusu Maçey Rosoleki icarəyə verib.

Bizim.Media xəbər verir ki, Varşava klubu 20 yaşlı forvardı "Arka"ya göndərib.

Rosolek ötən mövsüm də Qdiniya təmsilçisində icarə əsasında çıxış edib və bu komandada 16 liqa matçında 10, eləcə də Polşa Kubokunda 1 qol vurub.

Polşa mətbuatına inansaq, müqaviləsi bitən hücumçu "Legiya"ya geri dönsə də, varşavalılar ona Mahir Emreliyə güvəndiklərini, onunla rəqabət apara bilməyəcəyini izah edərək müntəzəm oynaya biləcəyi kluba keçməyi məsləhət görüb. 
 

Qeyd edək ki, Maçey Rosolek bu mövsüm avrokubok oyunları üçün sifariş olunsa da, meydana çıxmayıb.


O, yalnız 2 çempionat matçında sonradan oyuna qoşulub ki, hər ikisində komandanın digər hücumçusu Tomaş Pekhartı əvəzləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO