Gimnastımız beynəlxalq turnirdən bürünc medalla qayıdır 

Gimnastımız beynəlxalq turnirdən bürünc medalla qayıdır 

Hazırda oxunan: Gimnastımız beynəlxalq turnirdən bürünc medalla qayıdır 

34810

Gənc bədii gimnastımız ötən həftəsonu Macarıstanda keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdən bürünc medalla qayıdır.

Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığma komandanın 14 yaşlı üzvü Kamilla Seyidzadə Budapeştdə təşkil edilmiş ənənəvi “Gracia Fair Cup” adlı yarışda bürünc medal qazanıb.

Gürzlərlə nümayiş etdirdiyi kompozisiyasına görə hakimlərdən 19.850 xal alan Kamilla turniri fəxri kürsünün 3-cü pilləsində başa vurub.

Yarışda iştirak edən daha bir gimnastımız Leyli İsmayılova isə ən yaxşı nəticəsini topla göstərərək, 9-cu pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO