Azərbaycanın Tokio Paralimpiadasında beşinci QIZIL MEDALI

Azərbaycanın Tokio Paralimpiadasında beşinci QIZIL MEDALI

Hazırda oxunan: Azərbaycanın Tokio Paralimpiadasında beşinci QIZIL MEDALI

34583

Azərbaycan komandası Tokio Paralimpiadasında beşinci qızıl medalını qazanıb.

Bizim.Media xəbər verir ki, qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudodan üstün olub.

Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.

Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 6 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
 

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.


XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO