Paralimpiya Oyunları: Azərbaycan daha üç medalı özünə təmin etdi

Paralimpiya Oyunları: Azərbaycan daha üç medalı özünə təmin etdi

Hazırda oxunan: Paralimpiya Oyunları: Azərbaycan daha üç medalı özünə təmin etdi

34550

Azərbaycan Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha üç medal qazanıb.

Bizim.Media xəbər verir ki, buna bu gün mübarizəyə qoşulan üç cüdoçumuzun finala qazanması səbəb olub.

Belə ki, kişilərdə Hüseyn Rəhimli (-81 kq), qadınlarda Sevda Vəliyeva (-57 kq) və Xanım Vəliyeva (-63 kq) finala çıxmaqla azı gümüş medalı özlərinə təmin edib.

Final görüşləri Bakı vaxtı ilə saat 11:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, Azərbaycan indiyədək Paralimpiya Oyunlarında üç qızıl və iki bürünc medal qazanıb. Komandamız bu nəticə ilə hazırda 13-cü yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO