Taekvondoçularımızın qitə birinciliyində QAZANCLARI - FOTO

Taekvondoçularımızın qitə birinciliyində QAZANCLARI - FOTO

Hazırda oxunan: Taekvondoçularımızın qitə birinciliyində QAZANCLARI - FOTO

34533

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. 

Bizim.Media xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgiz Kazımova (47 kiloqram) yarışda ikinci yeri tutublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020: Azərbaycan paralimpiyaçıları üçüncü qızıl medalı qazandı - VİDEO


Qeyd edək ki, bu gün kiçikyaşlı yeniyetmə idmançılarımızın çıxışları da uğurla nəticələnib. Belə ki, Çingiz Həsənov (36 kiloqram) qızıl, Sabir Məmmədli (27 kiloqram) gümüş medal qazanıblar. 

Bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü - Məhəmməd Həsənli (37 kiloqram) qızıl, Hüseyn Xudiyev (65 kiloqram) gümüş, İlyas Hətəmli (33 kiloqram) və Zəhra İsayeva (29 kiloqram) isə bürünc medala layiq görülüblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO