Mahir Emrelinin komandası bu klublarla oynayacaq – QRUPLAR

Mahir Emrelinin komandası bu klublarla oynayacaq – QRUPLAR

Hazırda oxunan: Mahir Emrelinin komandası bu klublarla oynayacaq – QRUPLAR

34469

Bu gün Avropa Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Qitənin ikinci dərəcəli klub turnirində çıxış edən 32 komanda 8 qrupa bölünüb.

Bizim.Media xəbər verir ki, son 8 ildə ilk dəfə püşkatmada Azərbaycan klubu olmayıb. Ardıcıl 7 dəfə bu turnirin qrupunda təmsil olunan ölkəmiz bu dəfə kənarda qalıb.

Qardaş Türkiyənin iki klubunun rəqibləri bəlli olub. “Qalatasaray” və “Fənərbaxça” qrupda qarşılaşacağı komandalar müəyyənləşib.

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” da qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirir. Polşa çempionu növbəti üç rəqibinin adını bilib.

Qeyd edək ki, qrup mərhələsi sentyabrın 16-da başlayacaq.

A qrupu

"Lion" (Fransa)

"Reyncers" (Şotlandiya)

"Sparta" (Çexiya)

"Bröndbü" (Danimarka)

B qrupu

"Monako" (Fransa)

PSV (Niderland)

"Real Sosyedad" (İspaniya)

"Şturm" (Avstriya)

C qrupu

"Napoli" (İtaliya)

"Lester" (İngiltərə)

"Spartak" (Rusiya)

"Legiya" (Polşa)

D qrupu

"Olimpiakos" (Yunanıstan)

"Ayntraxt" (Almaniya)

"Fənərbaxça" (Türkiyə)

"Antverpen" (Belçika)

E qrupu

"Latsio" (İtaliya)

"Lokomotiv" (Rusiya)

"Marsel" (Fransa)

"Qalatasaray" (Türkiyə)

F qrupu

"Braqa" (Portuqaliya)

"Srvena Zvezda" (Serbiya)

"Lüdoqorets" (Bolqarıstan)

"Midtülland" (Danimarka)

G qrupu

"Bayer" (Almaniya)

"Seltik" (Şotlandiya)

"Betis" (İspaniya)

"Ferentsvaroş" (Macarıstan)

H qrupu

"Dinamo" (Xorvatiya)

"Genk" (Belçika)

"Vest Hem" (İngiltərə)

"Rapid" (Avstriya)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO