“Qarabağ” futbolçuları Bakıda belə qarşılandı - FOTO

“Qarabağ” futbolçuları Bakıda belə qarşılandı - FOTO

Hazırda oxunan: “Qarabağ” futbolçuları Bakıda belə qarşılandı - FOTO

34439

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın “Aberdin” klubunu hər iki oyunda məğlub edən Ağdamın “Qarabağ” klubu Bakıya qayıdıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı klubun rəsmi “Facebook” hesabı məlumat yayıb. 

Heydər Əliyev adına Beynəlxalq Aeroportda “Qarabağ”ı fanatlar böyük çoşqu ilə qarşılayıb.

Qeyd edək ki, Bakıda keçirilən qarşılaşmada “köhlən atlar” Xayme Romeronun qolu ilə 1-0 hesablı qələbəyə sevinib.

Şotlandiyanın “Pittodri” stadionunda baş tutan matçda isə “Qarabağ” klubu 3:1 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində 8-ci dəqiqədə Toral Bayramov, 18-ci dəqiqədə Kadi Borqes və 72-ci dəqiqədə Abdullah Zubir fərqlənib. Rəqibin yeganə qolunu isə əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Levis Ferqyuson vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO