Ronaldo

Ronaldo "Yuventus"dan ayrılır? – Jurnalistdən AÇIQLAMA - FOTO

Hazırda oxunan: Ronaldo "Yuventus"dan ayrılır? – Jurnalistdən AÇIQLAMA - FOTO

34425

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo İtaliyanın "Yuventus" klubundan ayrılmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano tvitterdə yazıb.

Onun sözlərinə görə, 36 yaşlı hücumçu komanda yoldaşlarına vidalaşmaq istədiyini bildirib. Təcrübəli oyunçu ilə İngiltərənin "Mançester Siti" klubu maraqlanır. Hazırda Turin təmsilçisi qarşı tərəfdən rəsmi təklif gözləyir.

Qeyd edək ki, Ronaldo ötən mövsüm "Yuventus"un heyətində 44 oyun keçirib, 36 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO