"Qarabağ"ı Şotlandiyada çətin oyun gözləyir

Hazırda oxunan: "Qarabağ"ı Şotlandiyada çətin oyun gözləyir

34271

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, ilk dəfə keçirilən Konfrans Liqasında mübarizə aparan Ağdam klubu Şotlandiyada “Aberdin”lə görüşəcək.

Pley-off mərhələsinin cavab oyunu qrupa vəsiqənin taleyinə aydınlıq gətirəcək. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.

Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirməyə köklənib. Təmsilçimiz 3-cü dərəcəli klub turnirində də buna nail olsa, hər üç yarışda qrupa düşən ilk komandalar sırasında olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Harald Lexner (Avstriya)

Aberdin. “Pittodri” stadionu

İlk oyun – 0:1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO