Cüdoçularımızın rəqibləri bilindi - Paralimpiya Oyunlarında püşk atıldı

Cüdoçularımızın rəqibləri bilindi - Paralimpiya Oyunlarında püşk atıldı

Hazırda oxunan: Cüdoçularımızın rəqibləri bilindi - Paralimpiya Oyunlarında püşk atıldı

34135

Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının cüdo idman növündə püşk atılıb.

Bizim.Media xəbər verir ki, kompüter yolu ilə atılan püşkə əsasən 11 idmançımızın rəqibləri müəyyənləşib.

Qadınlar

-48 kq. Şahanə Hacıyeva – Şizuka Hanqay (Yaponiya)

-52 kq. Bəsti Səfərova – Yui Fucivara (Yaponiya)

-57 kq. Sevda Vəliyeva – Dayana Fedossova (Qazaxıstan)/Xaiitxan Hüsən qızı (Qırğızıstan) cütünün qalibi

-63 kq. Xanım Hüseynova – Liana Mutia (ABŞ)/Hiroko Kudo (Yaponiya) cütünün qalibi

+70 kq. Dürsədəf Kərimova – Anastasiya Qarnik (Ukrayna)

Kişilər

-60 kq. Vüqar Şirinli – Enri Borqes (Uruqvay)/Rəcəp Çiftçi (Türkiyə) cütünün qalibi

-66 kq. Namiq Abbaslı – Serxio İbanyes Banon (İspaniya)/Luis Xabdiel Peres (Puerto Riko) cütünün qalibi

-73 kq. Ramil Qasımov – Temircan Dövlət (Qazaxıstan)

-81 kq. Hüseyn Rəhimli – Daniel Pauell (Böyük Britaniya)/Arley Damyan Pereyra Aruda (Braziliya) cütünün qalibi

-100 kq. Kənan Abdullaxanlı – Şərif Xəlilov (Özbəkistan)

+100 kq. İlham Zəkiyev – Cək Hocson (Böyük Britaniya)

Qeyd edək ki, heyətdə son Paralimpiya Oyunlarının qalibi, dünya və ikiqat Avropa çempionu Ramil Qasımovun adı sistemdə qalsa da, o, güləşə bilməyəcək.

Buna səbəb onun koronavirus testinin Tokioda pozitiv çıxmasıdır. Bu səbəbdən də onun rəqibi olan Qazaxıstan idmançısına texniki qələbə veriləcək.

Onu da bildirək ki, cüdo yarışları 27-29 avqust tarixlərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO