4 medal alan güləşçilərimiz Vətənə qayıtdı - FOTO

4 medal alan güləşçilərimiz Vətənə qayıtdı - FOTO

Hazırda oxunan: 4 medal alan güləşçilərimiz Vətənə qayıtdı - FOTO

33964

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvləri Vətənə dönüblər.

Bizim.Media xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev Bakı Beynəlxalq hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri və mətbuat nümayəndələri qarşılayıblar.

Məsul yarışa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçiylə yollanan komandamız 4 medal qazanıb.

Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO