Avropa çempionatında daha 5 karateçimiz mübarizəyə başladı

Avropa çempionatında daha 5 karateçimiz mübarizəyə başladı

Hazırda oxunan: Avropa çempionatında daha 5 karateçimiz mübarizəyə başladı

33632

Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə daha 5 karateçimiz mübarizəyə qatılıb.

Kumite yarışlarında 16-17 yaşlı gənclərdən Nicat Kərimli (61 kq), Fərid Talıbov (68 kq), Rumil Cəfərli (76 kq), Suada Kərimova (59 kq) və Fərid Savadov (55 kq) mübarizəyə qoşulublar.

Qitə çempionatının birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (63 kq) qızıl medal qazanıblar.

Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib olub.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO