Azərbaycan - Portuqaliya oyununun biletləri neçəyə satılacaq?

Azərbaycan - Portuqaliya oyununun biletləri neçəyə satılacaq?

Hazırda oxunan: Azərbaycan - Portuqaliya oyununun biletləri neçəyə satılacaq?

0:00
0:00
33531

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri satışa çıxarılır.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 7-də baş tutacaq matçın biletləri avqustun 21-dən etibarən satışda olacaq.

COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manat təşkil edir. Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO