Azərbaycanlı futbolçu ABŞ klubu ilə VİDALAŞDI - FOTO

Azərbaycanlı futbolçu ABŞ klubu ilə VİDALAŞDI - FOTO

Hazırda oxunan: Azərbaycanlı futbolçu ABŞ klubu ilə VİDALAŞDI - FOTO

33170

Almaniyanın "Şalke" klubunun II komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb. 

Bizim.Media xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

Təcrübəli forvard Arizona təmsilçisində hər kəsə təşəkkür etdiyini yazıb:

"Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladınız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm.

Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram". 

Qeyd edək ki, Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO