Dolları eyvandan səpələyən idmançı yığmaya qaytarıldı

Dolları eyvandan səpələyən idmançı yığmaya qaytarıldı

Hazırda oxunan: Dolları eyvandan səpələyən idmançı yığmaya qaytarıldı

32913

Cüdo üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov yığmaya qaytarılıb.

Bizim.Media xəbər verir ki, Mövlud Mirəliyevin çalışdırıcısı olduğu yeni məşqçilər heyəti ona yığmada yenə şans vermək qərarına gəlib.

Hazırda Elmar Qasımov əsas komanda ilə birgə məşqlərdə iştirak edir.

Qeyd edək ki, idmançı daha çox sosial şəbəkələrdə paylaşımları ilə diqqəti özünə çəkmişdi. O, videolarında dolları eyvandan küçəyə səpələdiyini, dollarla özünü yellədiyini və ya bahalı kürü yediyini göstərirdi.

Azərbaycan Cüdo Federasiyası isə həm bu hərəkətlərinə, həm də zəif nəticələrinə görə onu iyunda yığmadan uzaqlaşdırmışdı. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO