"Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - YENİLƏNİB - VİDEO

32434

"Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Bizim.Media-nın məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb. Estoniyalı FIFA referisi Kristo Tover idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” 87-ci dəqiqədə Kadi Borqeslə istədiyi qolu vurub. Ağdam təmsilçisi evdəki qələbə sayəsində pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın bu mərhələdəki rəqibi "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi olacaq.

Bizim.Media

***

"Qarabağ" və Kiprin AEL komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.

Bizim.Media xəbər verir ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edir.

Qeyd edək ki, Kiprdəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO