Zakir Fərəcov Rafael Ağayevə nə hədiyyə etdi? - FOTO

Zakir Fərəcov Rafael Ağayevə nə hədiyyə etdi? - FOTO

Hazırda oxunan: Zakir Fərəcov Rafael Ağayevə nə hədiyyə etdi? - FOTO

32371

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tanınmış idmançımız Rafael Ağayevi təbrik edib. 

Bizim.Media xəbər verir ki, Zakir Fərəvov karateçi Rafael Ağayevi "Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalını qazanması münasibəti ilə təbrik edib, idmançımıza gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Şəhər rəhbəri idmançımıza xatirə hədiyyəsi təqdim edib. 

Qeyd edək ki, ölkəmizə "Tokio-2020” Yay Olimpiya Oyunlarında gümüş medal qazandıran Rafael Ağayev 75 kiloqram çəki dərəcəsində yarışların finalında italiyalı Luici Busa ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzaraq Olimpiadada Azərbaycan milli komandasının aktivinə gümüş medalı yazdırıb.

R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz "Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub.

O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb. (fanat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO