Güləşçi məğlubiyyətini məşqçi ilə əlaqələndirdi

Güləşçi məğlubiyyətini məşqçi ilə əlaqələndirdi

Hazırda oxunan: Güləşçi məğlubiyyətini məşqçi ilə əlaqələndirdi

32343

“Çox sevinirəm ki, Olimpiya Oyunlarının gümüş medalını qazanmışam. Şükürlər olsun ki, medalsız qalmadıq”. 

Bizim.Media xəbər verir ki, bunu Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. 

Üçqat dünya və üçqat Avropa çempionu ona dəstək olan insanlara təşəkkürünü bildirib.

Rio-2016-da da bürünc mükafata yiyələnən 30 yaşlı güləşçi Tokiodakı Olimpiadanın finalında yaponiyalı Takuto Otoquroya məğlubiyyəti hakimliklə əlaqələndirib:

“Bir çox idmançılarımız mükafatsız qaldı. Çox sevinirəm ki, mən medal alanlar sırasında oldum. Allah hamıdan razı olsun. Uğurlarımda əziyyəti olan hər bir kəsə təşəkkür edirəm. Qızıl da qazana bilərdim. Hamı gördü ki, finalda mənə qarşı bir az haqsızlıq oldu”. 

Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 3 gümüş, 4 bürünc medal qazanıb.

Komandamızın heyətində Hacı Əliyevlə yanaşı, karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) bürünc mükafata yiyələnib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO