\

\"Neftçi\" bu gün Avropa Liqasında HİK komandasının qonağı olacaq

Hazırda oxunan: \"Neftçi\" bu gün Avropa Liqasında HİK komandasının qonağı olacaq

32289

Bu gün "Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.

Bizim.Media xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Finlandiyanın paytaxtı Helsinkidəki "Bolt Arena"da HİK-in qonağı olacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edəcək.

Bu komandalar arasında avqustun 3-də "Bakcell Arena"da oynanılmış ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. UEFA səfər qolu qaydasını ləğv etdiyindən, istənilən hesablı heç-heçə cavab görüşünü əlavə vaxta aparacaq.

"Neftçi" və HİK bunadək Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edib. Azərbaycan klubu Yunanıstan "Olimpiakos"u (0:1; 0:1), Finlandiya təmsilçisi isə İsveç "Malmö"sü (1:2; 2:2) ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.

Komandalar meydana itkilərlə çıxacaqlar. "Neftçi"dən Namik Ələskərov zədə, Uqo Basto isə koronavirusa yoluxması səbəbindən oynamayacaq. HİK-ə gəldikdə, müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.

Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşacaq.

Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO