Paraüzgüçülərimiz Yaponiyaya yollandı

Paraüzgüçülərimiz Yaponiyaya yollandı

Hazırda oxunan: Paraüzgüçülərimiz Yaponiyaya yollandı

32106

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzrə Azərbaycan millisi və nümayəndə heyətinin bir neçə üzvü Yaponinayın Şika şəhərinə yola düşüblər.

Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək yığma daha sonra paytaxt Tokioda yerləşən Paralimpiya kəndinə yola düşəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020 Yay Olimpiya Oyunları başa çatdı - FOTO


Tokio 2020-də üzgüçülük idman növündə Azərbaycanı Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcək. Onlardan ilk olaraq, Saleh yarışlara qatılacaq. O, avqustun 27-də mübarizəyə start verəcək.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir.

Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO