Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokioda ilk qələbəsini qazandı

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokioda ilk qələbəsini qazandı

Hazırda oxunan: Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokioda ilk qələbəsini qazandı

31246

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupunda növbəti döyüşünü keçirib. Təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib.

Karateçimiz daha sonra Darxan Assadılov (Qazaxıstan) və Əli Elsavi (Misir) ilə qarşılaşacaq.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO