Tokioda medalsız qalan Ramil Quliyev Azərbaycana səsləndi

Tokioda medalsız qalan Ramil Quliyev Azərbaycana səsləndi

Hazırda oxunan: Tokioda medalsız qalan Ramil Quliyev Azərbaycana səsləndi

31146

“Bütün yarışlar çox yaxşı gedir, şərait yaxşıdır. Olimpiya Kəndində təşkilatçılıq yüksək səviyyədədir”.

Bizim.Media xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020: Ramil Quliyev finala çıxa bilmədi


200 m məsafəyə qaçışda finala vəsiqə qazana bilməyən 31 yaşlı idmançı Milli Olimpiya Komitəsinin Facebook səhifəsinə açıqlamasında məqsədlərinin 2024-cü ildə Fransada keçiriləcək Olimpiadaya hazırlaşmaq olacağını söyləyib: 

“Qarşıdakı illərlə bağlı daha bir hədəfimiz var: Paris-2024 Yay Olimpiya Oyunları. Bütün idmançılarımıza ən yaxşı nəticələrini göstərməyi arzu edirəm”.

Quliyev sonda Azərbaycana salam göndərməyi də unutmayıb: “Salam, Azərbaycan, səni sevirəm!”

Qeyd edək ki, Olimpiadanın yarımfinal mərhələsində finişə 6-cı yerdə çatan Ramil Quliyev finala yüksələ bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO