Tokio-2020: Tarixdə ilk dəfə türkiyəli qadın boksçular finala yüksəldi

Tokio-2020: Tarixdə ilk dəfə türkiyəli qadın boksçular finala yüksəldi

Hazırda oxunan: Tokio-2020: Tarixdə ilk dəfə türkiyəli qadın boksçular finala yüksəldi

31109

Türkiyənin iki qadın boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 51 kq-da yarışan Buse Naz Çakıroğlu Çin Taypeyini təmsil edən Huanq Hsiao-Veni yarımfinalda məğlubiyyətə uğradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020: Türkiyə voleybolçuları Cənubi Koreya millisinə uduzdu


68 kq-da mübarizə aparan Busenaz Sürmeneli isə hindistanlı Lovlina Borqohainə şans verməyib - 5:0. Çakıroğlu qızıl medal uğrunda Stoyka Krasteva (Bolqarıstan) ilə, Sürmeneli isə Gu Honqla (Çin) döyüşəcək. Hər iki qarşılaşma avqustun 7-də olacaq.

Qeyd edək ki, tarixdə ilk dəfə türkiyəli qadın boksçular olimpiadanın finalına yüksəlib. Tokio-2020 avqustun 8-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO