2 idmançımız üçün YAŞIL İŞIQ – Bürünc medal ala bilərlər - FOTO

2 idmançımız üçün YAŞIL İŞIQ – Bürünc medal ala bilərlər - FOTO

Hazırda oxunan: 2 idmançımız üçün YAŞIL İŞIQ – Bürünc medal ala bilərlər - FOTO

30886

Tokio olimpiadasında dördəbir finalda uduzan yunan-roma güləşçimiz Rafiq Hüseynov Olimpiadanın bürünc medalı uğrunda erməni ilə yarışmaq şansı qazanıb. İlk döyüşdə o, tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə, Rafiq 3-cü yerə görə erməni Karapet Çalyanla üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, belə şans digər güləşçimiz Elis Manoylova üçün də yaranıb. 

68 kq-da yarışan Monoylova sabah təsəlliverici döyüşünə çıxacaq. Çünki onu məğlub edən nigeriyalı qadın finala yüksəlib.

Manoylova öncə qırğızıstanlı Meerim Jumanazarova ilə, daha sonra isə qalib gələrsə monqolustanlı Batçeçek Sorozonboldla yarışacaq.

Hər iki idmançımızın təsəlliverici görüşləri sabah Bakı vaxtı ilə səhər saat 6-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO