Azərbaycan cüdo yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu gün ağırçəkili təmsilçimiz İrina Kindzerska ilk görüşünə 1/8 finalda çıxıb.
30 yaşlı cüdoçumuz Bosniya və Herseqovinadan olan rəqibi Larisa Çeriçə heç bir şans verməyib. Kindzerska əvvəlcə onu, 1/4 finalda isə cənubi koreyalı Miyin Hanı ippona salaraq yarımfinala adlayıb. İdmançımız final yolunda Yaponiyanın 21 yaşlı dünya çempionu Akira Sone ilə qarşılaşıb. Təəssüf ki, bu dəfə özü ipponla uduzan Kindzerska qızıl medal şansını əldən verib.
O, bürünc uğrunda mübarizəni davam etdirib. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.
Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) yarışı medalsız başa vurublar.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:11 / 30.07.2021
Tokio-2020: Azərbaycan millisi ilk medalını qazandı - FOTO
Hazırda oxunan: Tokio-2020: Azərbaycan millisi ilk medalını qazandı - FOTO
Hazırda oxunan: Tokio-2020: Azərbaycan millisi ilk medalını qazandı - FOTO
30477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.