Mahir Emreli Çempionlar Liqasında ən çox dəqiq zərbə endirən futbolçu oldu

Mahir Emreli Çempionlar Liqasında ən çox dəqiq zərbə endirən futbolçu oldu

Hazırda oxunan: Mahir Emreli Çempionlar Liqasında ən çox dəqiq zərbə endirən futbolçu oldu

30192

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Bizim.Media xəbər verir ki, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 4 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən iki futbolçudan biridir.

24 yaşlı hücumçu 6 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb.

Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç də 6 dəfə çərçivəyə düşüb. Lakin onlardan heç biri qolla nəticələnmədiyi üçün azərbaycanlı oyunçu ilk sırada qərarlaşıb.

Qeyd edək ki, "Legiya" II təsnifat mərhələsində Estoniyanın "Flora" komandasını mübarizədən kənarlaşdırıb. Varşava təmsilçisi III raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO