Cüdoçumuz Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başladı

Cüdoçumuz Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başladı

Hazırda oxunan: Cüdoçumuz Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başladı

30179

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Qazaxıstan idmançısı İslam Bozbayevə qalib gəlib.

Cüdoçumuz növbəti döyüşünü Mixail İqolnikova (Rusiya Olimpiya Komitəsi) qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO