Daha bir idmançımız “Tokio-2020”dən erkən ayrıldı – Sayı 7-yə çatdı

Daha bir idmançımız “Tokio-2020”dən erkən ayrıldı – Sayı 7-yə çatdı

Hazırda oxunan: Daha bir idmançımız “Tokio-2020”dən erkən ayrıldı – Sayı 7-yə çatdı

29770

Azərbaycanın daha bir boksçusu “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Bizim.Media xəbər verir ki, yarışda 69 kiloqram çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor gürcüstanlı Eskerxan Madiev ilə qarşılaşıb.

Üçüncü raundda boksçumuz zədələndiyi üçün hakim görüşü yarımçıq saxlayıb və qələbə rəqib idmançıya verilib.

Daha əvvəl boksçumuz Tayfur Əliyev (57 kq) vyetnamlı rəqibi Duonq van Nquyenə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıb.

Bu gün daha bir güləşçimiz rinqə çıxacaq. Belə ki, Məhəmməd Abdullayev (+91 kq) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.

Qeyd edək ki, Lorenso Sotomayor Olimpiada ilə erkən vidalaşan yeddinci idmançımız olub.

Daha əvvəl boksçularımızdan Tayfur Əliyev, cüdoçularımızdan Kəramət Hüseynov, Aişə Qurbanlı, üzgüçülərimizdən Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah və velosipedçimiz Elçin Əsədov Olimpiada ilə vidalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO