“Tokio-2020”nin açılış mərasiminə 950 qonaq qatılacaq

“Tokio-2020”nin açılış mərasiminə 950 qonaq qatılacaq

Hazırda oxunan: “Tokio-2020”nin açılış mərasiminə 950 qonaq qatılacaq

29493

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək qonaqların sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Təşkilat Komitəsinin sədri Hidemasa Nakamura yayıb.  

O bildirib ki, sabahkı tədbirdə 950 nəfər rəsmi şəxs iştirak edəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirə yalnız VİP-qonaqlar buraxılacaq.

Bunlar sponsorlar, diplomatlar və Beynəlxalq Olimpiya Komitəsinin üzvləridir. 

Qurum rəsmisi açılışda iştirak edəcək idmançıların sayını dəqiq deyə bilməyib. O bildirib ki, paradda tibbi maskalardan istifadə olunacaq və sosial məsafəyə riayət ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO