Beş gündən sonra Yaponiya paytaxtında başlayacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin üzvləri də Tokioya gəliblər.
Bizim.Media xəbər verir ki, 16 nəfərdən ibarət olan Azərbaycan nümayəndə heyəti artıq Atletlər kəndində yerləşib.
MÖVZU İLƏ BAĞLI:
Tokio-2020-də Azərbaycan bayrağını bu şəxslər daşıyacaq - FOTO
Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin bütün üzvləri təşkilat komitəsinin təhlükəsizliklə bağlı müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl edirlər.
Qaydalara müvafiq olaraq, nümayəndə heyətinin üzvləri hər gün COVID-19 testi verirlər. Bundan əlavə, pandemiya şəraitinə uyğun digər bütün qaydalara da əməl olunur.
Atletlər kəndində olan cüdo komandamızın üzvlərinin məşqləri iyulun 19-da başlayır. İyulun 18-də axşam saatlarında Azərbaycan nümayəndə heyətinin daha səkkiz üzvü Tokioya gələcək.
Bizim.Media