Cüdoçularımız Praqada üç medal qazandı - FOTO

Cüdoçularımız Praqada üç medal qazandı - FOTO

Hazırda oxunan: Cüdoçularımız Praqada üç medal qazandı - FOTO

28953

Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.

Bizim.Media xəbər verir ki, turnirdə daha bir cüdoçumuz medal qazanıb. Belə ki, qızlar arasında mübarizə aparan Nərmin Əmirli (+78 kq) üçüncü yer uğrunda çexiyalı Marketain Cerçilovanı məğlub edərək bürünc medala layiq görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Çüdoçularımız Avropa kubokunda 4 medal qazandı - FOTO


Bununla da gənclərdən ibarət cüdo komandamızın turnirdə əldə etdiyi medalların sayı 3-ə çatıb.

Qeyd edək ki, oğlanların yarışında iki idmançımız - Qasım Vəlizadə (60 kq) və Rəşad Quluzadə (66 kq) gümüş medal qazanıblar.

Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparır. Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb.

Yarışa bu gün yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO