Makqreqor və Puarye arasında yeni döyüş olacaq

Makqreqor və Puarye arasında yeni döyüş olacaq

Hazırda oxunan: Makqreqor və Puarye arasında yeni döyüş olacaq

28224

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt Dastin Puarye və Konor Makqreqor arasında keçirilən növbəti döyüşdən sonra mətbuat konfransında maraqlı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, o, rəqiblərin yenidən üz-üzə gələ biləcəyini qeyd edib.

“Dastin yüngül çəkidə kəmər uğrunda döyüşəcək. Sonra isə, Makqreqor sağalanda, çox güman ki, biz revanş görüşü təşkil edəcəyik”, -deyə Uayt bildirib.

Xatırladaq ki, adıçəkilən döyüşçülər artıq üç dəfə rinqdə qarşılaşıblar. Onlardan ikisində Puarye qalib gəlib. Dünən gecə saatlarından baş tutan son döyüşdə isə Makqreqor ayağını sındıraraq, texniki nokautla məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO