Şəhriyar Məmmədyarov: “Kasparov dahidir! 28 ildir onunla oyunu gözlədim”

Şəhriyar Məmmədyarov: “Kasparov dahidir! 28 ildir onunla oyunu gözlədim”

Hazırda oxunan: Şəhriyar Məmmədyarov: “Kasparov dahidir! 28 ildir onunla oyunu gözlədim”

28172

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şənbə günü Xorvatiyanın paytaxtı

Zaqrebdə keçirilən turnirdə 13-cü dünya çempionu Qarri Kasparov üzərində qazandığı qələbəsini şərh edib.

Bizim.Media xəbər verir ki, bu haqda Şəhriyar “Facebook”da yazıb.

"Kasparov həmişə tarixdə mənim ən sevdiyim şahmatçı olub. Oyunları inanılmazdır. Bütün bu 28 il ərzində onunla oynamaq üçün gözləyirdim. Və onu yalnız yeddi gedişdə məğlub etdim. Dəstəyinizə görə sizi çox sevirəm. Kasparov dahi şahmatçıdır. Və biz tarixin yalnız bir hissəsiyik”, deyə o, qeyd edib.

Yeri gəlmişkən, 2003-cü ildə İspaniyanın Linares şəhərində keçirilən bir turnirdə Kasparovu məğlub edən başqa bir Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu yaxınlarda “tarixin bir hissəsi” ifadəsini işlədib. Düzdür, bu, biraz fərqli kontekstdə və fərqli mənada deyilib. 

Teymur iyun ayında Buxarestdə çox sayda heç-heçəyə görə tənqid olunub. O, “Twitter”də buna cavab verib:

“Bəlkə də mən sizin xoşunuza gəlimirəm, düzdür, bu, məni maraqlandırmır. Ancaq hər şahmatçı və şahmatı sevən hər kəs mənim dostumdur. Bunu unutmayın! İstəsəniz də, istəməsəniz də mən şahmat tarixinin bir hissəsiyəm!”.

Rəcəbov çox sayda heç-heçəni çətin bir cədvəl və yorğunluqla izah edib.

Zaqrebdə Şəhriyar Məmmədyarovun iştirakı ilə keçirilən turnirdə 9 raund sürətli və 9 raund blitsdən sonra şahmatçımızın 27 mümkün xaldan 13 xala sahib olduğunu və 11 iştirakçı arasında 6-cı yeri tutduğunu söyləmək lazımdır. Bu gün Xorvatiyada yarışın qalibini müəyyənləşdirən daha doqquz blits oyunu keçiriləcək. Rusiyalı Ian Nepomnyaşiy 17 xalla liderdir.

Qarri Kasparov yalnız blits turnirində iştirak edir və açıq-aşkar dünyanın ən güclü şahmatçıları ilə yarışmağa hazır deyil. Keçmiş dünya çempionu 9 turda 8 məğlubiyyət alıb.

Zaqreb turniri “Grand Chess Tour” seriyasının üçüncü yarışmasıdır. İlk ikisi Buxarestdə və Parisdə reallaşıb. Şəhriyar Məmmədyarov Rumıniya paytaxtında keçirilən klassik şahmat turnirinin qalibi olub. Seriyanın qalan ikisi ABŞ-ın Sent-Luis şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO