“Neftçi” azarkeşlərinə müraciət etdi

“Neftçi” azarkeşlərinə müraciət etdi

Hazırda oxunan: “Neftçi” azarkeşlərinə müraciət etdi

28147

"Neftçi" klubu UEFA Çempionlar Liqasında Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına qarşı keçirəcəyi İ təsnifat mərhələsinin cavab görüşü ilə əlaqərar azarkeşlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb. “Neftçi” PFK olaraq uzun fasilədən sonra yenidən azarkeşlərimizlə görüşəcəyimizə görə çox sevinirik və həmin günü səbirsizliklə gözləyirik. 

Yaxın günlərdə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da keçiriləcək Tbilisinin “Dinamo” klubu ilə oyunun biletləri satışa çıxarılacaq və bu haqda ətraflı məlumat paylaşılacaq. 

AFFA tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar klubumuza göndərilib, rəhbərlik azarkeşlərin tribunalara qayıtması üçün bütün öhdəlik və məsuliyyəti öz üzərinə götürüb. Bununla əlaqədar, xahiş edirik ki, oyunda iştirak edəcək hər kəs stadiona daxil olarkən, oyun zamanı və oradan çıxarkən tətbiq olunacaq pandemiya qaydalarına əməl etsinlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO