Mahir Emreli 2 qol vurdu - Klubu səfərdə qələbə qazandı - VİDEO 

Mahir Emreli 2 qol vurdu - Klubu səfərdə qələbə qazandı - VİDEO 

Hazırda oxunan: Mahir Emreli 2 qol vurdu - Klubu səfərdə qələbə qazandı - VİDEO 

27794

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub.

Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını M.Emreli vurub.

İyirmi dörd yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənərək komandasını səfərdə qələbə qazanmaqda yardımçı olub. 

Onu da qeyd edək ki, forvard ikinci qolu vurduqdan sonra əsgər salamı verib. Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO