Bu gün ilk finalçı bəlli olacaq - AVRO-2020 

Bu gün ilk finalçı bəlli olacaq - AVRO-2020 

Hazırda oxunan: Bu gün ilk finalçı bəlli olacaq - AVRO-2020 

27507

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək. 

Bizim.Media xəbər verir ki, bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək. 

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Əvvəlcə turnirin əsas favoritlərindən ikisi - İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar.

Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı 60 mindən çox azarkeşin stadionda canlı izləyəcəyi gözlənilir. 

Qeyd edək ki, yarımfinalın digər görüşündə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Bu oyun iyulun 7-də gerçəkləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO