Güləş yığmamız MDB Oyunlarında 3-cü qızıl medalı ƏLDƏ ETDİ

Güləş yığmamız MDB Oyunlarında 3-cü qızıl medalı ƏLDƏ ETDİ

Hazırda oxunan: Güləş yığmamız MDB Oyunlarında 3-cü qızıl medalı ƏLDƏ ETDİ

274421

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Bizim.Media xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi İslam Sultanov (71 kiloqram) finalda belaruslu Zaxar Tserasxouya ilə qarşılaşıb.

Rəqibini 3:0 hesabı ilə məğlub edən idmançımız qızıl medala sahib çıxıb.
 

Daha əvvəl Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram ) və Nihat Tağıyev (65 kiloqram) isə bürünc bürünc mükafata sahib çıxıb.


Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO