Tərtərdə ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Tərtərdə ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: Tərtərdə ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

274138

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə Hindarx-Borsunlu avtomobil yolunun İlxıçılar kəndidən keçən hissəsində qeydə alınıb.
 

Hadisə zamanı Goranboy rayon Qızılhacılı kənd sakini, 2001-ci il təvəllüdlü Eltun Müşviq oğlu Həsənovun idarə etdiyi KIA markalı avtomobillə Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Qamət Məmməd oğlu İsbəndiyarovun idarə etdiyi "QAZel" markalı yük avtomobili toqquşub.


İlkin məlumata görə, KIA markalı avtomobilin sürücüsü Eltun Həsənov hadisə yerində ölüb, yük avtomobilinin sürücüsü Qamət İsbəndiyarov ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində iki nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar oktyabrın 5-i saat 16:40-da 2 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müvafiq şöbədə müalicəsi davam etdirilən 1 nəfərin isə vəziyyəti stabildir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO