“Real”ın futbolçusu iki aylıq sıradan çıxdı

“Real”ın futbolçusu iki aylıq sıradan çıxdı

Hazırda oxunan: “Real”ın futbolçusu iki aylıq sıradan çıxdı

271003

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Trent Aleksandr-Arnold sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Marsel"lə matçında (2:1) ayaq əzələsindən zədə alıb. 26 yaşlı sağ cinah müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Trent Aleksandr-Arnold mövsümün əvvəlində "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Real"a keçib. İngiltərə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO