“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-qaralar” Kamerun əsilli fransalı yarımmüdafiəçi Jondo Fuxsu transfer edib. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Fuxs karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan futbolçu İsrail klubu “Makkabi Hayfa”nın da formasını geyinib. Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində çıxış edən Fuxsun son klubu İsrail təmsilçisi “Bney Sahnin” olub.
Jondo Fuxs həmçinin Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qoruyub. O Kamerunun əsas millisinin heyətində 2 oyuna çıxıb.
Qeyd edək ki, “Qəbələ” bunadək Rüfət Əhmədov, Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:42 / 11.09.2025
"Qəbələ"dən yayın SON TRANSFERİ
Hazırda oxunan: "Qəbələ"dən yayın SON TRANSFERİ
Hazırda oxunan: "Qəbələ"dən yayın SON TRANSFERİ
269799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.