AVRO - 2020: Bakıdakı son oyunun hakimləri kim olacaq? 

AVRO - 2020: Bakıdakı son oyunun hakimləri kim olacaq? 

Hazırda oxunan: AVRO - 2020: Bakıdakı son oyunun hakimləri kim olacaq? 

26924

Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün hakim təyinatları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına həvalə edilib. 

FIFA referisi Byorn Kuypersə Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri qismində yardımçı olacaq.

Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bökel olacaq. 

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO