Braziliyalı sabiq futbolçusu Tiaqo Alkantara "Barselona"ya qayıdacaq.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
O, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin məşqçilərin heyətinin üzvü olacaq. Alkantaranın artıq növbəti həftə komandaya qoşulacağı gözlənilir.
Bildirilir ki, dəqiq olan tərəflər arasında əldə olunan razılıqdır.
Qeyd edək ki, Alkantara 2004-2013-cü illərdə "Barselona"da çıxış edib. O, ötən mövsümün əvvəlində qısa müddətdə məşqçi təcrübəsi yığmaq üçün komandaya qayıtmışdı.
Bizim.Media