Jurnalistdən Santuşa sual: “Özünüzə hörmətiniz yoxdur?” – VİDEO

Jurnalistdən Santuşa sual: “Özünüzə hörmətiniz yoxdur?” – VİDEO

Hazırda oxunan: Jurnalistdən Santuşa sual: “Özünüzə hörmətiniz yoxdur?” – VİDEO

268982

Xəbər verdiyimiz kimi, ötən gün futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda səfərdə İslandiya yığması ilə qarşılaşıb və rəqibinə 0:5 hesabı ilə uduzub.

Bizim.Media xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında jurnalist Ceyhun Rzayevin millimizin baş məşqçisi Fernandu Santuşa ünvanladığı sual birmənalı qarşılanmayıb.

O, məşqçiyə bu sualı verib:
 

“Başa düşürəm ki, məğlub olduq. Başa düşürəm ki, siz istefa vermək istəmirsiniz. Həqiqətənmi sizə təzminat verib göndərməlidirlər? Siz ömrünüzün sonuna qədər işləməsəniz belə, qazandığınız pullar sizə kifayət etməlidir. Bəs, insanın özünə hörməti? Sizin özünüzə hörmətiniz yoxdur?”


Portuqaliyalı mütəxəssis isə cavab olaraq bildirib ki, onun hələ müqavilə müddəti bitməyib.

Jurnalistin bu sualı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO