Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal QAZANDI

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal QAZANDI

Hazırda oxunan: Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal QAZANDI

268703

Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

 

Sfera.az xəbər verir ki, milli üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pöilləsinə yüksəlib.

 

Süleyman Şükürov çıxışına ikinci mərhələdən başlayıb və Mixaylo Siminə (Serbiya) qalib gəlib. Daha sonra o, Senq-Min Kimi (Koreya) məğlub edərək 1/4 finala yüksəlib. Şükürov ardınca Coşua De Lanq (Niderland) ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO