Daha iki güləşçimiz qızıl medal qazandı

Daha iki güləşçimiz qızıl medal qazandı

Hazırda oxunan: Daha iki güləşçimiz qızıl medal qazandı

26865

Azərbaycanın daha iki sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media bildirir ki, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov finada Ermənistan təmsilçisi Levik Mikaelyana 8:5 hesabı ilə qalib gəlib.

74 kq-da yarışan Cəbrayıl Hacıyev qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub - 12:2. 125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl digər sərbəst güləşçi Turan Bayramov (75 kq) Avropa çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO