Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Volfsburq"dan Vatslav Çornini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" çexiyalı vinger üçün Almaniya klubuna 6 milyon avroo təzminat ödəyəcək. 27 yaşlı ön xətt oyunçusu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vatslav Çorni ötən mövsüm icarə əsasında "Reyncers"də çıxış edib. Çexiya millisinin üzvü Şotlaandiya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:40 / 02.09.2025
Almaniya klubunun üzvü “Beşiktaş”da
Hazırda oxunan: Almaniya klubunun üzvü “Beşiktaş”da
Hazırda oxunan: Almaniya klubunun üzvü “Beşiktaş”da
268407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.