Ərəblərdən Vinisiusa görə 130 milyonluq TƏKLİF

Ərəblərdən Vinisiusa görə 130 milyonluq TƏKLİF

Hazırda oxunan: Ərəblərdən Vinisiusa görə 130 milyonluq TƏKLİF

267314

“Real”da Vinisius Juniorla bağlı eyri-müəyyənlik davam edir. Braziliyalı yeni müqavilə imzalamaqdan boyun qaçırır, klub isə onun istəklərin yerinə yetirmək niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bundan istifadə etmək niyyətinə düşən Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu madridlilərə rəsmi təklif göndərib.
 

Madridlilər oyunçunu satmağa razılıq versə, asiyalılar 130 milyon avro ödəmək niyyətindədir. Məbləğin bir qədər də artırılması da mümkündür. Vinisius isə İspaniyada qazandığından daha çoxunu alacaq.


“Real” əsas oyunçusunu itirmək istəmir. Lakin 2018-ci ildən “Real”da olan hücumçunun müqaviləsinin bitiminə iki il qalır. Madridlilər gələcəkdə onu ucuz qiymətə buraxmaq məcburiyyətində qalacaqlarından ehtiyat edir. Vinisus yeni müqaviləyə razılıq verməsə, satış məsələsi aktuallaşa bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO