Səudiyyə Ərəbistanı Superkubokunun final matçı keçirilib.
Bizim.Media xəbər verir ki, həlledici oyunda "Əl-Nəsr" və "Əl-Əhli" qarşılaşıblar.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Kriştiano Ronaldo oyunda hesabı açıb. "Əl-Nəsr"in digər qolunu isə Marselo Brozoviç vurub. "Əl-Əhli"nin heyətində isə Frank Kessei və Rocer İbanez fərqləniblər.
Reqlamentə əsasən matçda əlavə vaxt oynanılmayıb və qalib penalti seriyasında bəlli olub.
Daha dəqiq olan "Əl-Əhli" 5:3 hesabı ilə qalib gələrək Superkubokun qalibi olub. Beləliklə, Ronaldo yenə "əl-Nəsr"də titulsuz qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:30 / 24.08.2025
Ronaldo yenə titulsuz qaldı
Hazırda oxunan: Ronaldo yenə titulsuz qaldı
Hazırda oxunan: Ronaldo yenə titulsuz qaldı
266843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.