Tokio-2020: 11 para-cüdoçumuz lisenziya qazandı

Tokio-2020: 11 para-cüdoçumuz lisenziya qazandı

Hazırda oxunan: Tokio-2020: 11 para-cüdoçumuz lisenziya qazandı

26671

Azərbaycan idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına daha 11 lisenziya əldə edib. 

Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin vəsiqələrə reytinq xarakterli yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın para-cüdoçu sahib olub. 

XVI Yay Paralimpiya Oyunlarında kişilərdən Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) iştirak hüququ qazanıb.

Beləliklə, qarşıdakı Oyunlara qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir. 

Xatırladaq ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı 22 idmançı təmsil edi. Onlardan 7-si (6 kişi və 1 qadın) para-cüdoçu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO