Premyer Liqa: Bu gün II turun daha bir oyunu KEÇİRİLƏCƏK

Premyer Liqa: Bu gün II turun daha bir oyunu KEÇİRİLƏCƏK

Hazırda oxunan: Premyer Liqa: Bu gün II turun daha bir oyunu KEÇİRİLƏCƏK

266613

Misli Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.
 

Turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib.


Misli Premyer Liqası

1-ci dövrə, II tur

23 avqust

19:00. “Kəpəz” – “Karvan-Yevlax”

Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24 və 25-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO